Press "Enter" to skip to content

Şərqi Timor Prezidenti ilk dəfə Azərbaycanda

Prezidentlərin görüşü

BAYRAQDAR MEDİA – Martın 7-də Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Timor Leste (Şərqi Timor) Demokratik Respublikasının Prezidenti Xose Ramos Horta ilə görüşüb.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, Şərqi Timor bir zamanlar Portuqaliyanın işğalı altında olmuş ərazidir. Portuqaliya ərazidən getdikdən sonra İndoneziya bu ərazinin özünün olduğunu əsas gətirərək torpaqlarına qatmağa çalışıb. Lakin azsaylı əhalisinə və kiçik ərazisinə baxmayaraq Timor Leste İndoneziya ilə anlaşaraq öz müstəqilliyini təmin edib. Hazırda bu ölkənin ən yaxın münasibət saxladığı ölkə də elə İndoneziyadır.

Mission News Theme by Compete Themes.