BAYRAQDAR MEDİA – Qətərin paytaxtı Dohada Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində Azərbaycan tərəfindən bu qəbildən ölkələrdə yoxsulluqla mübarizə, səhiyyə, təhsil və ətraf mühit kimi dayanıqlı inkişaf istiqamətlərində görülən işlərin və yardımların nümayişi məqsədilə sərgi təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 5-də açılan və 9-dək davam edəcək sərgi iştirakçıların böyük marağına səbəb olub: “Sərgidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən ölkəmizin xüsusilə LDC ölkələrinə beynəlxalq yardımını əks etdirən video və çap materialları təqdim olunub”.