Son yeniləmə: 7 Mart 2023 16:41
BAYRAQDAR MEDİA – Rusiyanın işğalı altında olan yarımadada yaşayan Krım tatarları Krım tatar dilinin və mədəniyyətinin inkişafı üçün müxtəlif tədbirlər təşkil edirlər.
Kırım Haber Ajansı xəbər verir ki, martın 19-da Krımın Akmescit (Simferopol) şəhərindəki “Yaşıl Ada” dəvət zalında “Saz və söz” adlı musiqi və şeir gecəsi keçiriləcək.
“Nenkecan” jurnalı, Krım folklor ansamblı və “Yeşil Ada” dəvət zalının təşkil edəcəyi tədbirdə Bora Qazi Giray Hanın yazdığı şeirlər və bəstələdiyi əsərlər səslənəcək.
Krım tatar sənətçiləri Seitabla Memetov, Fatma Asanova, Gülnar Planciyeva, Luiza Useinova, Afize Yufufqızı və şair Elmaz Baxşiş Bora Qazi Giray Xanın şeirlərini, Krım folklor ansamblı isə onun ən tanınmış bəstələrini ifa edəcəklər.
Bundan əlavə, filoloq Nəriman Abdulvaapov və bəstəkar Merziye Halitova divan ədəbiyyatı və divan musiqisi mövzusunda konfrans verəcəklər.
Dövlət xadimi, şair, bəstəkar, xəttat olan Bora Qazi Giray Xan Krım xanlarından Dövlət Girayın oğludur. II. Qazi Giray kimi də tanınır. Tam mədrəsə təhsili almışdır. O, göstərdiyi qəhrəmanlığa görə Bora ləqəbi ilə tanınıb.
Qazi Giray Xan uğurlu dövlət xadimi və hərbçi olmaqla yanaşı, həm də yaxşı şair və bəstəkar idi.