BAYRAQDAR MEDİA – “Magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar 07 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda həmçinin, “Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” deyə qeyd edilib.