Son yeniləmə: 7 Mart 2023 16:16
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə mayın 14-də seçkilər keçiriləcək. Artıq seçkilərə hazırlıqla bağlı müvafiq addımlar atılır.
Bu arada isə hakim AK Partinin Denizli şöbəsi də seçkilərə hazırlıq məsələlərini müzakirə edib.
Deda Haberin məlumatına görə, AK Parti Denizli şöbəsinin başqanı Yücel Güngörün rəhbrəliyi ilə keçiirlən toplantıda ərazi təşkilatalrının rəhbərləri, partiyanın yerli bələdiyyələrədki təmsilçiləri, Qadın və Gənclik qollarının başqanları iştirka edib.
Baklanda keçirilən toplantıda çıxış edən Y.Güngör, “Baklan üçün, Denizli üçün və gözəl Türkiyəmiz üçün bütün enerjimizi göstərməyə davam edək” deyib.
Toplantıda digər çıxış edənlər də mayın 14-də keçiriləcək seçkilərə hazır olduqlarını və Recep Tayyip Erdoğanın növəbti dəfə qalib gələcəyinə əminliklərini bildiriblər.