BAYRAQDAR MEDİA – Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.
Bu haqda sözügedən mərkəzin paylaşımında deyilir.
Xəbərdə bildirilib ki, “tamaşa Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim edilir. “Qarabağnamə” HƏM-nin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək”.
Tamaşada “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artist Məsmə Aslanqızıdır. Həmin gün HƏM-nin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar.
Qeyd edək ki, saat 20:00-da başlayacaq tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur.