Press "Enter" to skip to content

Pozitivliyə kökləyən kitab

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlər sırasında müəllifi Dr.Rona Hart olan “Pozitiv psixologiya” kitabı da var.

Kitab “Pozitiv psixologiyanın inkişafı”, “Xoşbəxtlik”, “Rifah”, “Pozitiv emosiyalar və emosional intellekt”, “Optimizim və ümid”, “Məqsədə nail olma və dəyişiklik”, “Özünütənzimləmə və əzm”, “Axın”, “Həyatda məna”, “Xarakterin gücü və yüksək keyfiyyətlər”, “Pozitiv münasibətlər”, “Stres, öhdəsindən gəlmə, dözümlülük və posttravmatik böyümə”, “Pozitiv psixologiya müdaxilələri” kimi başlıqlarda pozitiv psixologiyanın inkişafına dair ümumi baxışları cəmləşdirir.

Həmçinin kitabda Xoşbəxt həkimlər daha yaxşı diaqnoz qoyurlarmı? Xoşbəxtlik uğura aparırmı? Özünənəzarət nə deməkdir? və s. suallara əhatəli cavablar təqdim olunub.

Müəllif kitabla bağlı deyir: “Mənim üçün bu kitab insanın inkişaf qabiliyyətinin, özünün və başqalarının ehtiyacları arasında tarazlıq yarada bilməsi və xeyirə yönəltmək bacarığının təsdiqidir. Ümid edirəm ki, alimlər, praktik psixoloqlar və tələbələr bu kitabı onlara həyəcan verən və təsəvvürlər zənginlik gətirən bir səyahət kimi qiymətləndirəcəklər”.

Qeyd edək ki, kitab Böyük Britaniyanın BP şirkətinin ən yaxşı beynəlxalq tədris vəsaitlərinin və təcrübəsinin Azərbaycana gətirilməsinə yönəlmiş böyük bir təhsil layihəsinin bir hissəsi olaraq tərcümə edilib və nəşr olunub.

Mission News Theme by Compete Themes.