Press "Enter" to skip to content

Özbəkistanın nümayəndə heyəti “AzerGold”da

Görüş zamanı

BAYRAQDAR MEDİA“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin Strateji müəssisələrin transformasiyasının əlaqələndirilməsi departamentinin rəhbəri MansurxocaYusupxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 6-da “AzerGold”dan məluamt verilib.

Bildirilib ki, görüşdə iştirak edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev ötən ay Daşkənd şəhərində keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunu məmlunluqla xatırlayıb: “Forum çərçivəsində “AzerGold” QSC ilə və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan Anlaşma və Razılaşma Memorandumunun iki dost-qardaş ölkənin dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri açdığını diqqətə çatdırılıb. X.Fərzəliyev Cəmiyyətin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib”.

Məlumata əsasən, səmimi qəbula görə təşəkkür edən MansurxocaYusupxocayev mütəmadi olaraq keçirilən bu tip görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib: “Qonaq hər iki ölkə arasında dərinləşən iqtisadi əlaqələrdən bəhs edib, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib”.

Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Regionlararası Müfəttişliyinin rəisi Feruz Əhmədov Özbəkistanda icra edilən vergi islahatları və onun biznesin, xüsusilə sənayenin inkişafına təsiri barədə danışıb.

Daha sonra iki ölkə arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Mission News Theme by Compete Themes.