Press "Enter" to skip to content

Müəllimlər zəlzələ qurbanları üçün yemək hazırlayırlar

Müəllimlər təbii fəlakət bölgəsində vətəndaşlara gündəlik yemək hazırlayırlar

Son yeniləmə: 6 Mart 2023 14:03

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin milli təhsil naziri Mahmut Özer sosial media hesabından maraqlı paylaşım edib. Nazir zəlzələ qurbanları üçün yemək hazırlanan Kahramanmaraş Onikisubat Sosial Elmlər Liseyində görülən işlərin əks olunduğu video paylaşıb.

Türkgün Gazetesi xəbər verir ki, M.Özer video paylaşımında, həmçinin, aşağıdakı sözləri yazıb:“Təhsil ailəmizin damı altında olan məktəblərimizin hər biri mədəniyyətimizin ən gözəl nümunələri ilə meydandadır. Öz sahələrində mütəxəssis olan müəllimlərimiz təbii fəlakət bölgəsində vətəndaşlarımıza gündəlik yemək hazırlayırlar”.

Zəlzələ qurbanlarına gündə 3 dəfə yemək hazırlanan Kahramanmaraş Onikisubat Sosial Elmlər Liseyinin mətbəxindəki hazırlıqların paylaşıldığı videoda müəllimlərin işlərlə bağlı verdiyi məlumatlar da yer alıb.

 

Mission News Theme by Compete Themes.