Press "Enter" to skip to content

“Könüllü DOST”a 84 mindən çox müraciət olub

Son yeniləmə: 6 Mart 2023 16:34

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu il daha 6 minə yaxın müraciət olub və proqrama daha 232 nəfər cəlb edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” və “Distant DOST” altproqramlarından ibarətdir: “DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsində, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər. DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 84,1 min müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 3,1 min nəfər təşkil edib”.

Mission News Theme by Compete Themes.