BAYRAQDAR MEDİA – Fevral ayı ərzində Ermənistandan Qarabağa 122,6 ton humanitar yük daşınıb.
Bu haqda xəbər Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin aylıq hesabatında yer alıb.
Xəbərdə daha sonra qeyd edilir ki, ay ərzində sülhməramlılar 9 humanitar aksiya keçiriblər. Qarabağdakı 12 mindən çox ailə ərzaq dəstindən ibarət ünvanlı yardım alıb.
Eyni zamanda ermənilərin kənd təsərrüfatı işlərində də Rusiya sülhməramlıları yardımçı olduqlarını bildirir.
Ruslar onu da əlavə edir ki, 60 yaşayış məntəqəsində 70 məktəbə yardım ediblər.
Eyni zamanda ay ərzində sülhməramlılar 14-ü uşaq olmaqla 96 Rusiya vətəndaşını Qarabağdan Ermənistan istiqamətinə daşıyıblar…
…Amma bütün bunlara baxmayaraq erməni təbliğat maşını hələ də dünyaya car çəkir ki, blokada üzündən acından ölürlərmiş. Eyni zamanda o da iddia edilir ki, Azərbaycan mülki şəxslərin Laçın yolundan keçidinə imkan vermir. Elədirsə, bu 96 Rusiya vətəndaşı Qarabağa necə gəlib və necə olub ki, onlar rahat-rahat həm bu tərəfə, həm də o tərəfə keçə biliblər?