Son yeniləmə: 6 Mart 2023 18:41
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı, yeni aviaşirkət – “Kıbrıs Hava Yollarının (Fly KHY) martın 13-də fəaliyyətə başlayacağını bildirib.
Nazir sosial media hesabından etdiyi paylaşımda Fly KHY-nin ilk uçuşunu aprelin 16-da edəcəyini açıqlayıb.
E.Arıklı paylaşımında “Kıbrıs Hava Yolları (Fly KHY), xoş gəldin. Martın 13-də Ercan Hava Limanında fəaliyyətə başlayacaq və aprelin 16-da ilk uçuşunu edəcək Kıbrıs Hava Yolları xalqımız üçün uğurlu olsun” yazıb.