Press "Enter" to skip to content

Bu cür fəlakətlərdən heç bir dövlət sığortalanmayıb

Emin Həsənli

Son yeniləmə: 6 Mart 2023 12:52

Emin Həsənli: Fövqəladə hallarda koordinasiyalı fəaliyyətin formalaşdırılması vacibdir

BAYRAQDAR MEDİA – “Ümumiyyətlə Türk Dövlətləri Təşkilatının ortaq ordusunun yaranmasına ehtiyac var. Yəni, vahid ordu, birgə təlimlərin keçirilməsi vacibdir. İndi elə bir dünyada yaşayırıq ki, təhlükəsizlik birinci sırada dayanır. Hər region, hər ölkə, ümumilikdə dünya üçün bunun əhəmiyyəti böyükdür və bu istiqamətdə müəyyən işlər gedir. İnanıram ki, yaxın gələcəkdə Turan ordusu qurulacaqdır və Türkiyə ilə Azərbaycanın öncüllüyündə bu ordu regonda sülhün qorunması üçün fəaliyyət göstərəcəkdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, “Qardaş Köməyi” Platformasının təsisçilrindən olan Emin Həsənli deyib.

Onun sözlərinə görə, eyni zamanda fövqəladə hallara qarşı mübarizə sahəsində də vahid platformanın yaradılması əhəmiyyətlidir və buna çox ehtiyac var: “Hesab edirəm ki, həm türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi, həm də fövqəladə hallarda koordinasiyalı fəaliyyətin formalaşdırılması vacibdir. Bu birgə fəaliyyət, ortaq mərkəzin qurulması təbii fəlakətlərə qarşı daha çevik və vahid reaksiya baxımından mühüm rol oynaya bilər”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan dövlətinin bu istiqamətdə çox önəmli işləri var: “Fövqəladə Hallar Nazirliyi hərbiləşdirilmiş nazirlikdir. Bu, digər türk dövlətləri üçün də bu örnək ola bilər. Bu tipli vahid qurum Türk Dövlətləri Təşkilatı nəzdində də yaradılmalı, ortaq təlimlər keçirilməlidir. Çünki bu, müasir dövrdə, xüsusilə də zəlzələlərin çoxaldığı bir vaxta həyati əhəmiyyət kəsb edir. Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ də bir daha sübut etdi ki, bu cür fəlakətlərdən heç bir dövlət sığortalanmayıb və daim hazır vəziyyətdə peşəkar çevik qrupların olmasına ehtiyac var”.

Mission News Theme by Compete Themes.