BAYRAQDAR MEDİA – Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 6-da MN-dən daxil olub.
Xəbərdə bildirilib ki, “Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub”.
Qeyd edək ki, Azərbaycan ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Onu da əlavə edək ki, martın 5-də qanunsuz erməni silahlı birləşmələrinin təxribatının qarşısı alınarkən iki Azərbaycan hərbçisi həlak olub.
Ermənilərin şəhid etdiyi Azərbaycan hərbçilərinin adı bəlli oldu
Eyni hadisə zamanı görülən cavab tədbirlərində üç nəfər erməni zabiti də zərərsizləşdirilib.
TƏCİLİ – Ermənistanın növbəti təxribatı. Hər iki tərəfdən itkilər var