BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, martın 5-i səhər saatlarında erməni təxribatçıları Azərbaycan hərbçilərinə silahlı hücum edib. Müdafiə Nazirliyi xəbər verirdi ki, bu hücum nəticəsində Azərbaycan tərəfdən də itkilər var.
TƏCİLİ – Ermənistanın növbəti təxribatı. Hər iki tərəfdən itkilər var
Az öncə MN-dən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərə görə, Azərbaycan Ordusu bu təxribatın qarşısını alarkən iki hərbçi şəhid olub. Bunlar hərbi qulluqçular Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğludur.
Onu da əlavə edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də açıqlama yayaraq baş verənlərin məsuliyyətinin Ermənistanın üzərində olduğuna diqqət çəkib.