Press "Enter" to skip to content

Ali məktəblərə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – “Bu gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları buraxılış imtahanı keçirilir”.

Xəbər BAYRAQDAR MEDİA-ya martın 5-də Dövlət İmtahan Mərkəzindən daxil olub.

Xəbərdə deyilir ki, imtahanda 50 min 498 şagirdin iştirakı nəzərdə tutulur.

“İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, “imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 211 imtahan binası, 3 min 741 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4 min 647 nəzarətçi-müəllim, 521 buraxılış rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılıb”.

Saat 11:00-də başlanacaq imtahana ən geci 15 dəqiqə qalmış gəlmək lazımdır: “Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır”.

Abituriyentlərin imtahana gələrkən gətirməli olduğu sənədlər də xəbərdə xatırladılır:

-İmtahana buraxılış vərəqəsi;
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkil yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidir.

Mission News Theme by Compete Themes.