BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” Media Qrupuna daxil olan və yetərincə geniş auditoriya toplamış TV Musavata haker hücumu olmuşdu. Martın 1-də baş vermiş hadisə sonucu TV-nin Youtube kanalı ələ keçirilmiş, məzmunu tam olaraq silinmişdi.
Məsələylə bağlı martın 2-də açıqlama verən Qrupun rəhbəri Rauf Arifoğlu bildirmişdi ki, kanalın bərpası istiqamətində iş gedir.
Artıq martın 4-də – hücumdan 3 gün sonra TV Musavat yenidən izləyicilərin görüşünə gəlib. Bununla bağlı xəbəri R.Arifoğlu yayıb.
R.Arifoğlu bildirib ki, “biz artıq yenidən efirdəyik və qaldığımız yerdən davam edirik”.
Qeyd edək ki, TV Musavatın kanalı tam olaraq bərpa edilib və silinmiş məzmun da hücumdan öncə olduğu kimi yerindədir. Kanal “Hər şeyə rəğmən – davam edirik!” şüarı ilə işini bərpa edib.