Son yeniləmə: 3 Mart 2023 13:57
Əfqanıstandakı türkmən və özbək qadınları öz zinət əşyalarını zəlzələdən zərər çəkənlərə yardım üçün veriblər
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yardımlar davam edir. Bu arada Əfqanıstandakı türkmən və özbək qadınlarının addımı hər kəsi kövrəldib.
Kırım Haber Ajansının məlumatına görə, Əfqanıstanın şimalında yaşayan özbək qadınlar, həmçijnin Kunduz vilayətində yaşayan türkmən qadınlar zəlzələ qurbanlarının ehtiyaclarını qarşılamaq üçün qiymətli zinət əşyalarını Türkiyənin Məzari-Şərif Baş Konsulluğuna çatdırıblar.
Baş konsul Semih Lütfü Turqut, Anadolu Ajansına verdiyi açıqlamada, bu ianələrin Qurtuluş və Çanaqqala döyüşlərindəki birliyi xatırlatdığını bildirib.