BAYRAQDAR MEDİA – İraqın baş naziri Məhəmməd Şiya əs-Sudaninin Kərkükdə rəsmi yazışma dilləri arasında türkmən dilinin istifadə edilməsi ilə bağlı göstəriş verdiyi bildirilib.
Bu barədə Kibris Postasi məlumat yayıb.
Xəbərdə deyilir: “İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına görə, baş nazir Sudani Kərkükdə rəsmi yazışmalarda ərəb və kürd dillərindən əlavə türkmənlərin ana dili olan türkməncənin də istifadə edilməsinə göstəriş verib”.
Məlumata əsasən, bundan öncə İraq Baş Nazirliyinin Baş Katibliyi Kərkük Valiliyinə məktub göndərərək Kərkükdə rəsmi yazışmalarda yalnız ərəb və kürd dillərindən istifadə etməsini istəmişdi. Lakin Kərkükdə yaşayan türkmənlər buna etiraz etmişdilər.
İraq Türkmən Cəbhəsi (İTC) Siyasi Bürosundan baş nazir Məhəmməd Şiya es-Sudaniyə zəng edərək qərarın ləğvini istəmişdilər.
Öz növbəsində İraq Parlamenti Türkmən Qrupunun yaydığı bəyanatda Kərkükdə türkmən dilinə məhəl qoyulmaması qərarının konstitusiyaya zidd olduğu və qəbul edilmədiyi bildirilmişdi.