BAYRAQDAR MEDİA – Martın 2-də Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan qardaş Türkmənistanın Prezidenti Serdar Berdimuhamedovla görüşüb. Qardaş ölkənin Prezidenti Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak üçün gəlib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, iki ölkə prezidentləri qarşılıqlı fikir mübadiləsi aparıb, münasibətlərdən məmnunluq ifadə ediblər.
Qeyd edək ki, bu, Türkmənistan Prezidenti S.Berdimuhamedovun Azərbaycana ilk səfəridir.