Press "Enter" to skip to content

Məhəbbəti etiraf etməyin ən yaxşı vasitəsi

Baletin afişası

BAYRAQDAR MEDİA – Martın 5-də Akademik Opera və Balet Teatrında Argentina musiqiçisi və bəstəkarı Astor Pyatsollanın musiqisi əsasında bir pərdəli “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.

Bu haqda sözügedən Teatrın paylaşımında deyilir.

Xəbərdə bildirilib ki, “rəqs, xüsusən tanqo sözlər olmadan ehtiraslı məhəbbəti etiraf etməyin ən yaxşı vasitələrindən biridir. Balet tamaşasındakı qəhrəmanlar da bir-birilərinə olan sevgini rəqs vasitəsilə etiraf edir”.

Qeyd edək ki, saat 19:00-da başlayacaq baletin əsas rollarında Əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, aparıcı solist Timur Oduşev və solist Leyla Narimanidze çıxış edəcək.

Mission News Theme by Compete Themes.