BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif mövzuları əks etdirən kitablar qorunur. Bu nəşrlər sırasında yer alan “Müdriklik əlifbası” adlı iki cildlik kitabda da Zərdüşt və Homer, Aristorel və N.Gəncəvi, “İncil” və “Qurani-Kərim”dən başlamış N.Tusi və A.Eynşteyn, A.Puşkin və H.Cavid, M.Ə.Sabir və M.Şəhriyara qədər müdriklərin düşüncələri verilib.
Başdan sonadək müdriklərin fikirlərindən ibarət olan kitab oxucuları nəcib əməllərə, savab işlərə, insanlığa səsləyir, öz iradələrinin ağası, vicdanlarının xidmətçisi kimi düşünüb-daşınmağa, həmçinin yaşayıb-yaratmağa yönəldir.
İki cildlik nəşrdəki müdrik fikirlər əlifba sırası ilə qeyd olunub.
Kitabdakı müdrik sözlərdən bir neçəsini təqdim edirik:
“Bədəncə qocayam, fikircə cavan” (N.Gəncəvi)
“Bülbülü bülbül edən ancaq ulu sevgidir” (S.Təbrizi)
“Günahkar öz günahını etiraf etməklə ən dəyərli bir şeyi – öz şərəfini xilas etmiş olur” (V.Hüqo)
“Bütün bəşəriyyəti xilas edəcək məhəbbət” (H.Cavid).
Qeyd edək ki, kitabın naşiri və redaktoru Qəşəm İsabəyli, fikirləri toplayan Qüdrət Əbdülsəlimzadə, rəssamı Telman İbrahimovdur.