Press "Enter" to skip to content

Emin Həsənli Türkiyənin Müharib Gazilər Brliyinin fəxri üzvü seçilib

Emin Həsənliyə Müharib Gazilər Birliyinin fəxri üzvülük vəsiqəsi təqdim edilir

Son yeniləmə: 2 Mart 2023 12:23

BAYRAQDAR MEDİA – “Öncədən də bildirdiyim kimi, qardaş ölkəyə bu səfərim maraqlı görüşlərlə zəngindir. Bu arada Ankarada hərbi yönümlü QHT-lərlə də görüşlər keçirdim”.

Azərbaycan və qardaşlıq kəlmələri qoşa çəkilir

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Qardaş Köməyi” Platformasının təsisçilərindən biri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli deyib.

Görüşlərdən xatirə fotosu
Görüşlərdən xatirə fotosu

Onun sözlərinə görə, növbəti görüşlər dörd əsas hərbi yönümülü QHT ilə olub: “Bu qurumların hər biri ilə ayrı-ayrılıqda qərargahlarında görüşlər keçirdik. Qeyd edim ki, Ehtiyatda Olan Gizirlər Birliyinin sədri Hemze Dursun, Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, general-polkovnik Erdoğan Karakuş, Müharib Gazilər Dərnəyinin sədri Beyazid Yumuk və bu qurumların İdarə Heyətinin üzvləri ilə keçirilən görüşlərdə Azərbaycan dövlətinə və xalqına zəlzələdən sonra Türkiyəyə göstərilən köməyə görə minnətdarlıq edildi. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizin türk dünyasında da oyatdığı qürurdan bəhs edildi. Orada olarkən mən Müharib Gazilər Birliyinin fəxri üzvü seçildim. Mənə bununla bağlı üzvlük vəsiqəsi də təqdim olundu. Eyni zamanda Ehtiyatda Olan Gizirlər Birliyinin də fəxri üzvü seçildim”.

Ankaradakı Gazi Uyum Evində
Ankaradakı Gazi Uyum Evində

E.Həsənli deyib ki, zəlzələdən zərər görmüş insanlar digər şəhərlərdə yerləşdirilir: “Ankarada da belə yerlər var. Səfər zamanı mən Ankaradakı Gazi Uyum Evində yerləşdirilən zəlzələ qurbanları ilə də görüşdüm. Burada zəlzələ bölgəsindən gəlmiş şəhid ailələri və qazilər yerləşdirilib. Bu ziyarəti Müharib Gazilər Dərnəyinin sədri Beyazid Yumukla birlikdə etdik. Mən orada bu insanlara Azərbaycan xalıqnın salamlarını çatdırdım. Bəyan etdim ki, zəlzəldən dərhal sonra cənab Prezident İlham Əliyevin göstərişi ilə bütün qurumlar, o cümlədən Heydər Əliyev Fondu qardaş Türkiyəyə yardım üçün səfərbər olub”.

Mission News Theme by Compete Themes.