Son yeniləmə: 2 Mart 2023 15:31
BAYRAQDAR MEDİA – İranlı rəssam və karikaturaçı Əlireza Pakdelin “Çempion mələklər” adlı rəsm əsəri KKTC-nin poçt şöbəsi tərəfindən xatirə möhürü və ilk gün zərfi kimi çap olunacaq.
Bu barədə Kibris Türk məlumat yayıb.
Bildirilib ki, ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı rəssamı qəbul edərək, onunla söhbət edib.
Nazir E.Arıklı Türkiyə və KKTC-nin böyük ağrılı bir dövrdən keçirdiyini və rəssamın yaradıcılığının bütün ölkəni duyğulandırdığını deyib. O, sənətçiyə təşəkkür edib.
Əsərin çox mənalı olduğunu və onu əbədiləşdirmək istədiklərini bildirən E.Arıklı, 40 min xatirə markası və 2 min ilk gün zərfinin çap edilərək ən qısa zamanda satışa təqdim ediləcəyini bildirib.