Son yeniləmə: 2 Mart 2023 15:47
“Çərşənbə söhbətləri” fəaliyətini davam etdirir
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyinin “Çərşənbə söhbətləri” martın 1-dən etibarən yenidən başlayıb.
Fevralın 6-da Türkiyənin 11 şəhərində təsirli olan zəlzələ səbəbindən bu dəfəki mövzu “əsrin fəlakəti”nə həsr edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.
Bildirilib ki, toplantıda qonaq kimi Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin xilasetmə qrupunun üzvləri iştirak ediblər: “Xilasetmə qrupunun üzvü Murat Kahraman təbii fəlakətlərdən əvvəl və fəlakət zamanı edilməsi lazım olan işlər barədə məlumat verib. O, çıxışında xüsusilə də 6 fevral zəlzələsindən nümunələr verərək, nələrin səhv və ya nələrin doğru olduğunu açıqlayıb.
Toplantıda qrup üzvləri zəlzələ sonrası xilasetmə qrupu olaraq getdikləri bölgələrdə gördükləri işlərdən də bəhs ediblər.
Tədbirin sonunda Dərnəyin rəhbəri Cavid Aydın tərəfindən Murat Kahramana təşəkkür bəlgəsi təqdim edilib.