Son yeniləmə: 2 Mart 2023 11:28
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə mayın 14-də seçkilər keçiriləcək. Artıq bütün düşərgələr seçkilərə hazırlaşır.
Bu arada Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşın namizədliklə bağlı açıqlaması PKK terror təşkilatının siyasi qanadı kimi tanınan HDP tərəfindən etirazla qarşılanıb.
Türkgün Gazetesi xəbər verir ki, M.Yavaş qatıldığı verilişdə “Altılı Masa namizədliyimi irəli sürərsə, buna əməl etmək vəzifə borcumdur” deyib.
Onun bu açıqlamanı CHP sədri Kamal Kılıçdaroğlu ilə İYİ Partiya sədri Meral Akşenerin zirvə toplantısından sonra səsləndirməsi diqqət çəkib.
Lakin HDP Mansur Yavaşın namizədlik açıqlamasına sərt əks reaksiya verib. Sosial media hesabından paylaşım edən HDP-li Hasip Kaplan M.Yavaşın namizədliyinə qarşı olduqlarını bildirərək, “Mansur Yavaş xəyala düşməsin. Kürdlər ona yerini göstərəcək” deyib.