Son yeniləmə: 2 Mart 2023 13:41
Türklərin və müsəlmanların partiyası bülletendə 13-cü sırada olacaq
BAYRAQDAR MEDİA – Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 2-də keçiriləcək növbədənkənar ümumi seçkilərdə iştirak edəcək partiya və seçki ittifaqlarının bülletenlərdəki yerlərini müəyyən etmək üçün püşkatma keçirib.
Bu barədə Time Balkan məlumat yayıb.
Bildirilib ki, üzvlərinin əksəriyyətini ölkədəki türklər və müsəlmanlar təşkil edən Haqq və Azadlıqlar Hərəkatı (HÖH) seçki yarışına 13 sırada qatılacaq.
48-ci Dövr Xalq Məclisində təmsil olunan digər partiya və ittifaqların bülletendəki nömrələri isə aşağıdakı kimidir. Yeni yaradılmış Dəyişikliyə Davam Et (PP) – Demokratik Bolqarıstan Alyansı-12, Vətəndaşlar Bolqarıstanın Avropa Gələcəyi Uğrunda (GERB) -Birləşmiş Demokratik Qüvvələr (SDS) Alyans-2, Bolqarıstan Sosialist Partiyası (BSP) Bolqarıstan üçün Alyans-1, Vızrajdane Partiyası-3, Bolqarıstanın Yüksəlişi Partiyası-15.
Eyni zamanda, yeni parlamentə girmə şansı olan digər partiya və ittifaqlar arasında Belə Bir Xalq Var Partiyası (İTN) 4, Sol Partiyalar Alyansı 8, Sol Partiyalar İttifaqı isə 14-cü sırada qərarlaşıb.
Məlumatda o da deyilir ki, ümumiyyətlə seçkidə 21 partiya və seçki ittifaqı iştirak edəcək.