Son yeniləmə: 1 Mart 2023 17:24
BAYRAQDAR MEDİA – Ukrayna hökuməti tərəfindən 2023-2024-cü tədris ilində türk tələbələrə veriləcək təqaüdlər üçün müraciətlərin başladığı açıqlanıb.
Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata əsasən, Türkiyə vətəndaşlarına tədqiqat, bakalavr, magistratura, doktorantura və dil kursları sahələrində verilən “Xarici hökumət təqaüdləri” çərçivəsində Ukrayna Hökuməti Təqaüdü (2023-2024) üçün müraciətlər fevralın 7-dən başlanıb.
Müraciət üçün son tarix 16 Mart 2023-cü ildir. Bildirilib ki, bakalavriat və magistratura sahələri üzrə ümumilikdə 5, doktorantura üzrə 1 təqaüd ayrılıb. Müraciət üçün müsahibə tarixi 21 mart 2022-ci il kimi müəyyən edilib.
Təqaüdlər humanitar, sosial elmlər və texniki elmlər üzrə veriləcək.
Təqaüd proqramına təhsil haqqı (1 illik hazırlıq təhsili daxil olmaqla), yataqxana təminatı, aylıq ödəniş (hazırlıq təhsili istisna olmaqla) və səhiyyə xidmətləri daxildir. Tədris dili ukrayna dilidir.