Press "Enter" to skip to content

Türk əsgərindən qurbanlar üçün ehsan

Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər üçün halva ehsanı verilib

Son yeniləmə: 1 Mart 2023 11:24

BAYRAQDAR MEDİA – 1999-cu ildən Kosovada Sülh Qüvvələrinin (KFOR) tərkibində xidmət edən türk əsgəri Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər üçün halva ehsanı verib.

Bu barədə Balkan Postası məlumat yayıb.

Məlumatda deyilir ki, Prizrendəki tarixi Sinan Paşa məscidinin çıxışında camaata və yoldan keçən vətəndaşlara paylanan halvaya prizrenlilər böyük maraq göstərib.

Mərasimə qatılanlar arasında Kosova Demokratik Türk Partiyasının (KDTP) sədri və Kosovanın regional inkişaf naziri Fikrim Damka da olub. O, “Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərə başsağlığı, yaralılara isə tezliklə şəfa diləyirəm. Türkiyə hər zaman Kosova xalqının yanında olub və olmaqda davam edir. Kosova olaraq biz dövlət orqanları, qeyri-hökumət təşkilatları və vətəndaşlar olaraq bu çətin gündə öz imkanlarımız çərçivəsində Türkiyənin yanında olmağa çalışmışıq və olmağa davam edəcəyik” deyib.

Mission News Theme by Compete Themes.