Press "Enter" to skip to content

Tahsin Ertuğruloğlu nöqtəni qoydu

Tahsin Ertuğruloğlu

Son yeniləmə: 1 Mart 2023 09:12

Dövlətin adının dəyişdirilməsinə parlament qərar verəcək

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Tür Cümhuriyyətinin adı məsələsi ətrafında müzakirələr davam edir.

Kibris Türk xəbər verir ki, bu arada müxalifətdəki CTP-nin millət vəkili Doğuş Derya dövlətin adının dəyişdirilməsi ilə bağlı xarici işlər nazirinə sual verib.

Parlamentdəki çıxışında nazir Tahsin Ertuğruloğlu “Dövlətin adının dəyişdirilməsinə parlament qərar verəcək” deyə cavab verib.

Onun sözlərinə görə, parlament qərar qəbul etsə, sonra referenduma gediləcək.

“Parlamentdən keçsə, o zaman referendum keçiriləcək”, – deyə o bildirib.

Mission News Theme by Compete Themes.