Press "Enter" to skip to content

Skopyedə anma proqramı

Tədbir zamanı

Son yeniləmə: 1 Mart 2023 09:05

BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Quzey Makedoniyanın paytaxtı Skopyedə keçmiş Yuqoslaviyanın ən tanınmış ziyalılarından olan Ataullah Kurtişinin həyat və yaradıcılığından bəhs edən proqram keçirilib.

Bu barədə Time Balkan məlumat yayıb.

Bildirilib ki, Skopyedəki Alban Teatrında keçirilən proqramda öncə əvvəllər “Vojdan Çernodrinski” adlandırılan küçənin bundan sonra “Hoc Ataullah Kurtişi” adlandırılacağına dair qərar elan edilib.

Proqrama Çayır Bələdiyyə başqanı Visar Ganiu, millət vəkili İzzet Meciti, Ataullah Kurtişinin ailə üzvləri və çox sayda vətəndaş qatılıb. V.Ganiu, proqramdakı çıxışında Ataullah Kurtiş Hocaefendi kimi bir insanın əməyinə və roluna hörmətlə yanaşmağın xüsusi bir şey olmadığını söylədi.

Ailə adından çıxış edən Ata Əfəndinin nəvələrindən olan vokal sənətçisi Məsut Kurtiş bələdiyyə rəhbərliyinə təşəkkür edib.

Məlumatda o da xatırladılır ki, 1872-1946-cı illər arasında yaşamış Ataullah Kurtiş İstanbulda “Fatih” mədrəsəsini bitirmiş, burada fiqh, kəlam, təfsir, əxlaq və hədis elmləri üzrə ixtisaslaşmışdır.

Mission News Theme by Compete Themes.