BAYRAQDAR MEDİA – Martın 1-də qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib. Onun səfəri Azərbaycanlı həmkarı – Prezident İlham Əliyevin dəvəti ilə gerçəkləşib.
Səfərdən məqsəd qardaş ölkə başçısının Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının tədbirində iştirakdır.
Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verir ki, martın 1-də iki qardaş ölkə prezidentinin görüşü keçirilib. Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə edilib.
Hər iki dövlət başçısı ikili münasibətlərdən yüksək razılıq ifadə ediblər.
Martın 2-də isə qardaş ölkə Prezidenti də Qoşulmama Hərəkatının toplantısında çıxış edəcək.