Son yeniləmə: 1 Mart 2023 11:20
BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı fəal Səccad Əlipura Təbriz zindanında ağır işgəncə verildiyi bildirilir. Bununla bağlı insan haqları müdafiəçiləri məlumat yayıb.
Xəbəri martın 1-də Azad İran Telegram kanalı yayıb.
Məlumatda 29 noyabr 2020-ci ildə etiraz aksiyalarında saxlanılan S.Əlipurun iki dəfə təhlükəsizlik idarəsinin təcridxanasına aparıldığı və dindirmə zamanı ağır döyüldüyü qeyd edilib.
28 yaşlı gənc fəala qarşı edam cəzasının verilməsi ilə nəticələnə biləcək “müharib” (Allaha qarşı çıxmaq) ittihamı irəli sürülüb. Bu gedişlə fars-molla rejimi daha bir Güneyli fəalı ölüm hökmünə məhkum edəcək…