BAYRAQDAR MEDİA – Beş aydan artıqdır ki, İranın adlı siyasi coğrafiyada geniş ictimaiyyət tərəfindən böyük etirazlar səslənir. Vətənimiz Azərbaycanda və İranda yaşayan digər türklər siyasi, iqtisadi, ekoloji fəlakətlərə, ağır vəziyyətlərə məruz qalıblar. Biz, Avropada yaşayan Azərbaycan türkləri bu vəziyyətə səssiz qalmırıq və mitinq keçirməyə hazırlaşırıq.
Bu sözlər “Azadlıq və ədalət yürüşü”nə çağırış üzrə təşəbbüsçülərin martın 1-də yayımladığı açıqlamadandır. Açıqlamanı Araz News Telegram kanalı yayıb.
Açıqlamada daha sonra deyilir: “İstəyirik ki, bütün soydaşlarımız bu mitinqə hazır olsunlar və təşəbbüs haqqında hamıya məlumat versinlər. Bu mitinqin adı “Azadlıq və ədalət yürüşü” olacaq. İranda yaşayan bütün millətlər bu mitinqdə iştiraka dəvət olunur. Mitinqin yeri və vaxtı növbəti çağırışda açıqlanacaq”.
Açıqlamanı “Azadlıq və ədalət yürüşü”nün sözçüləri Şərifə Cəfəri və Saleh Kamrani yayıb.