Press "Enter" to skip to content

Emin Həsənli Ankarada bir sıra görüşlər keçirib

Şamil Ayrım və Emin Həsənli

Görüşlərdə iki qardaş ölkənin QHT-ləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb

BAYRAQDAR MEDİA – Türkiyədə səfərdə olan “Qardaş Köməyi” Platformasının təsisçilərindən biri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənlinin görüşləri davam edir. Növbəti görüşlər Ankarada olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya E.Həsənlinin özü məlumat verib.

O, bildirib ki, belə görüşlərdən biri Türkiyə Böyük Millət Məclisində Şamil Ayrımla olub:“TBMM-dəki Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Ş.Ayrımla görüş zamanı bir çox məsələləri müzakirə etdik. Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da dərinləşməsində cənab Prezident İlham Əliyevin və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın müstəsna xidmətlər göstərdikləri vurğulandı. Ayrıca Ş.Ayrım zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyin önəmini qeyd etdi. O, bildirdi ki, bu dəstək qardaşlığımızın sarsılmaz olduğunu bir daha təsdiqlədi”.

MHP Mersin millət vəkili Olcay Klavuzla görüş zamanı
MHP Mersin millət vəkili Olcay Klavuzla görüş zamanı

Növbəti görüş isə MHP Mersin millət vəkili Olcay Klavuzla olub: “Bu görüşdə də dövlətlərimiz və xalqlalrımız arasında sarsılmaz qardaşlıq bağlarının olduğu vurğulandı. Görüşdə həmçinin iki qardaş ölkənin QHT-ləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi qeyd edildi. O.Klavuz bu sahədə lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirdi”.

Nazir müavini Fatma Öncü ilə görüş zamanı
Nazir müavini Fatma Öncü ilə görüş zamanı

Səfər zamanı Türkiyənin Ailə və Sosial Çalışmalar Nazirliyində də olan E.Həsənli nazir müavini Fatma Öncü ilə görüşüb: “Həmin görüşdə Azərbaycan qazilərinin Türkiyəyə səfəri xatırlandı və bu istiqamətdə əlaqələrin daha da dərinləşməsi üçün lazım olan addımların atılacağı bəyan edildi”..

Mission News Theme by Compete Themes.