Press "Enter" to skip to content

Çindən uyğur qadınlarına təzyiq

Son yeniləmə: 1 Mart 2023 14:34

BAYRAQDAR MEDİADoğu Türküstandakı uyğur türklərinə qarşı Çin zülmü davam edir. Bu arada Uyğur Hərəkatının sədri Ruşen Abbas uyğur türk qadınlarının çinli kişilərlə zorla evləndirildiyini və məcburi aborta məruz qaldığını bildirib.

Kırım Haber Ajansının məlumatına görə, Ruşen Abbas bunu Çinin Uyğur türklərinə qarşı soyqırım siyasətləri ilə bağlı Tayvan və Yaponiyada təşkil edilən proqramlardakı çıxışında bildirib. R.Abbas BMT-yə də müraciət edərək, “Uyğur soyqırımını dayandırmaq üçün hərəkətə keçməlidirlər” deyib.

R.Abbas Doğu Türküstanda uyğur türk qadınlarına nəzarət etmək üçün Çin Kommunist Partiyasından (ÇKP) 1 milyondan çox etnik çinli zabitin yerləşdirildiyini bildirib.

Rusen Abbas deyib: “Milyonlarla uyğur türk övladı həbs düşərgələrinə və ya internat məktəblərinə yerləşdirilir və uyğur mədəniyyətini inkar edən, çinli olduqlarını etiraf edən insanlara çevrilir. BMT, xüsusən də bütün dünya ölkələri uyğur soyqırımının dayandırılması üçün hərəkətə keçməlidir”.

Mission News Theme by Compete Themes.