Press "Enter" to skip to content

Bu şəxslər bu il 3 dəfə əlavə maaş alacaq – VİDEO

Vüqar Bayramov

BAYRAQDAR MEDİA – Son günlər sosial şəbəkə vasitəsi ilə hər gün çoxsaylı sualların ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir. Həmin qərarla dövlət orqanlarında işləyən dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyənləşib. Bu maaşlar ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.

Bu sözlər Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramovun martın 1-də yaydığı açıqlamadandır.

Deputat daha sonra deyir: “Eyni zamanda, həmin qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların işlədikləri dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək”.

V.Bayramov bunun da izahını verir: “Bu isə o deməkdir ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında işləyən və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub. Bu qurumlara isə ali, 1, 2, 3, 4 və 5-ci kateqoriya dövlət orqanları aiddir”.

“O baxımdan əgər sizin işlədiyiniz qurum həmin kateqoriyalardan birinə (ali, 1, 2, 3, 4 və 5-ci kateqoriyalar) uyğundursa, dövlət qulluqçusu deyilsinizsə və eləcə də qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işlərdə işləyirsinizsə, o halda sizə ödəniş nəzərdə tutulacaq. Bütövlükdə, hər bir işçi işlədiyi qurumun mühasibatlığına müraciət edərək ödənişinin nəzərdə tutulub-tutulmamasını dəqiqləşdirə bilər”, – deyə deputat bildirir.

Mission News Theme by Compete Themes.