BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Pyetro Maskanyinin bir pərdəli “Kənd namusu” operası nümayiş olunacaq.
Bu barədə sözügedən teatrın paylaşdığı xəbərdə deyilir.
Xəbərdə bildirilib ki, dirijoru Xalq artisti Yalçın Adıgözəlov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan operada əsas rolları Xalq artist Samir Cəfərov, Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Vahabzadə, solistlər Taleh Yəhyayev və Nina Makarova ifa edəcək.
Xatırladaq ki, sözügedən opera 2015-ci ildə ADAOBT-da almaniyalı rejissor Lüdvig Bauman tərəfindən səhnələşdirilib.