Press "Enter" to skip to content

Fars-molla rejimi Güney Azərbaycanlı tələbəni həbs edib

İbrahim Əhmədpur

BAYRAQDAR MEDİA – İranın fars-molla rejimi Təbriz Universitetinin siyasi elmlər üzrə magistr öyrəncisi və Güney Azərbaycan Öyrənci Hərəkatının fəalı İbrahim Əhmədpuru həbs edib.

Xəbəri Azad İran Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, öyrənci Təbriz polis idarəsinə getdikdən sonra təhlükəsizlik orqanları tərəfindən həbs edilib və indiyədək onun haqqında heç bir məlumat yoxdur.

“Təhlükəsizlik qüvvələrinin telefon zəngi ilə Təbriz Polis Kəşfiyyat İdarəsinə çağırılan İbrahim Əhmədpur bu quruma getdikdən sonra saxlanılıb və onun haqqında hələ də məlumat yoxdur”, – deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, axır vaxtlar təhlükəsizlik qurumları və universitet rəhbərliyinin əməkdaşlığı ilə Güney Azərbaycan öyrənci hərəkatının fəallarına qarşı basqılar son bir neçə ildə ən yüksək həddə çatıb.

Mission News Theme by Compete Themes.