BAYRAQDAR MEDİA – Erzurumlu jurnalistlər və yazarlar Erzurum Jurnalistlər və Yazarlar Dərnəyi adı altında bir araya gəlib.
Bu barədə Karsmanşet.com saytı məlumat verib.
Bildirilib ki, Erzurum Jurnalistlər və Yazarlar Dərnəyi (ERGAD) İstanbul Valiliği İl Sivil Toplum İlişkiler Müdürlüyünün təsdiqi ilə rəsmi olaraq qurulub. Quruluş prosedurlarını başa vuran dərnək, üzv qeydiyyatlarını almağa davam edir.
Məlumata əsasən, İstanbulda yaradılan dərnəyin məqsədi Erzurumlu jurnalist və yazarları Türkiyənin hər yerində eyni dam altında toplamaqdır. Dərnəyin qurucuları arasında təcrübəli jurnalistlər Kenan Gülerci, Tahsin Kara, Saki Akyüz, Kubilay Öztürk, Ahmet Kaplan, Erdem Talaş və Kasım Kılıç var.
İlk toplantıda qurucu başqan vəzifəsinə Kenan Gülerçi, onun müavini vəzifəsinə Saki Akyüz, baş katib vəzifəsinə isə Tahsin Kara seçilib.