BAYRAQDAR MEDİA – Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduqlarını, bu zaman sənədə Qarabağla bağlı bəndin salınmayacağını bildirib.
A.Simonyan fevralın 28-də İrəvanda mediaya verdiyi açıqlamada deyib ki, Azərbaycanla sülh müqaviləsində “Qarabağ problemi” qeyd edilməməlidir.
O, həmçinin qeyd edib ki, sülh müqaviləsinin bir sıra bəndləri üzrə Bakı ilə konsensus əldə edilib.
A.Simonyan deyib ki, erməni tərəfi imzalanacaq sənəddə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə törədəcək “bombaların” yer almasına birmənalı şəkildə qarşıdır. Onun fikrincə, sülh müqaviləsində “Qarabağ problemi”nə aid hansısa maddələr olmamalıdır.
O, eyni zamanda əlavə edib ki, belə bir yanaşma heç də elə anlaşılmamalıdır ki, Ermənistan Qarabağlıların maraqlarının müfafiəsindən imtina edir.