Son yeniləmə: 27 Fevral 2023 11:59
BAYARQDAR MEDİA – Maltepe Bələdiyyəsi Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən uşaqlar üçün teatr oyunu nümayiş etdirib.
Bu barədə Yenigün Gazetesi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ ilə əlaqədar prof. Dr. Türkan Saylan Mədəniyyət Mərkəzində dayandırılan uşaqlar üşün tədbirlə yenidən bərpa edilib. Bu dəfə əsasən, zəlzələdən zərər görəm uşaqlara mənəvi dəstək üçün proqram hazırlanıb.
Maltepe Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər Müdirliyinin təşkil etdiyi proqramda “Meşə bizim evimizdir” tamaşası təqdim edilib.
Zəlzələdən sonra ailələri ilə birlikdə Maltəpəyə gələn uşaqlar və Maltəpədən olan uşaqlar birlikdə tamaşaya baxıblar.