Press "Enter" to skip to content

Siyəzəndə meliorativ tədbirlər

Kanallar təmizlənir

Son yeniləmə: 27 Fevral 2023 11:38

BAYRAQDAR MEDİA – Torpaq mülkiyyətçiləri və femerləri vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən Suvarma Sistemləri idarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri davam etdirlir.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 27-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda cari təmir işləri görülür: “Onu da qeyd edək ki, Siyəzən rayonunda 247 km uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plan-qrafikə uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2200 metr uzunıuğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb”.

Bildirilib ki, yeni suvarma mövsümünə hazırlıq məqsədi ilə həmçinin rayonun Balaca Həmyə kəndi ərazisində qapalı boru xətti yenisi ilə əvəz edilir: “Görülən iş nəticəsində qeyd olunan ərazidə 100 hektardan artıq sahənin suvarılması daha da yaxşılaşacaq. Qeyd edək ki, Siyəzən rayonunda 12-min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı,Gil-gilçay və Ataçay çaylarıdır. Sahələr suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə son dövrlər rayonda 1685-ədəd hidrotexniki qurğu,198-min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə,üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 m uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26-kilometr açıq, 121-kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib”.

Mission News Theme by Compete Themes.