Son yeniləmə: 27 Fevral 2023 10:58
BAYRAQDAR MEDİA – “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar 25 fevral tarixindən başlayaraq Kolumbiya və Perunun paytaxt şəhərləri Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə“Xocalıya ədalət” çağırışları əks olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 27-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, löhvələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı Soyqırımı31 il”, “Xatırlayırıq”şüarları və”Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsitəsvir olunub.
Adıçəkilən şəhərlərin sakinlərilövhələrdə yer almış “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.