Son yeniləmə: 27 Fevral 2023 11:53
Ozan Ahmetoğlu: İki ölkə arasındakı yaxınlaşmanın türk azlığının hüquqlarına yanaşmaya da müsbət təsir edəcəyinə ümid edirik
BAYRAQDAR MEDİA – Son vaxtlar Türkiyə ilə Yunanıstan arasında gərginliyin azalması Batı Trakya türklərini də ümidləndirib. Onlar bunun Batı Trakya türklərininhüquqlarına yanaşmaya da müsbət təsir edəcəyinə inanırlar.
Bu barədə İskeçe Türk Birliyinin (İTB) sədri Ozan Ahmetoğlu deyib.
Gündem Gazetesi xəbər verir ki, O.Ahmetoğlunun Türkiyə ilə Yunanstan arasıdna gərginliyin azalmasıdan ən çox məmnun qalan məhz Batı Trakya türkləridir: “Ümid edirik ki, Yunanıstan və Türkiyə arasında yumşalma, yaxınlaşma Yunanıstanda türk cəmiyyətinə qarşı hüquqların qəsb edilməsinin aradan qaldırılmasına gətirib çıxaracaq”.