Son yeniləmə: 27 Fevral 2023 12:17
Bulut Alemdar: Brisbanedə keşirilən aksiyanın iştirakçıları şəhər sakinlərinə məlumsatlandırıcı broşürlər paylayıblar
BAYRAQDAR MEDİA – Dünyanın hər yerində oldğu kimi Avstraliyada da Xocalı soyqırmının 31-cü ildönümü ilə bağlı aksiya keçirilib.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azerbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.
Onun sözlərinə görə, o taylı, bu taylı azərbaycanlıların iştirakı ilə Avstraliyanın Brisbane şəhərində keşirilən aksiyada öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar keçirilən geniş məlumatlandırma aksiyası zamanı şüarlar və çağırışlar səsləndirilib. Sonra aksiya iştirakçıları tərəfindən faciə haqqında məlumatların əks olunduğu broşür və materiallar şəhər sakinlərinə paylanılıb”.
B.Alemdar, həmçinin, “Həmin materiallarda Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulanıb. Bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmalarının və faciəyə beynəlxalq səviyyədə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd edilib. Bundan başqa broşürlərdə qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil” deyə əlavə edib