Press "Enter" to skip to content

Adanada dərslər bu tarixə təxirə salındı

Məktəb

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ təhsil sahəsinə də ciddi mənfi təsir göstərib. Artıq bəzi yerlərdə orta məktəblərəd dərslər başlasa da Adanada proses yenidən təxirə salınıb.

Kibris Türk xəbər verir ki, bunu bölgəyə gedən milli təhsil naziri Mahmud Özer deyib. Nazir dərslərin başlanmasının martın 13-dək təxirə salındığını bildirib.

Nazir həmçinin, “martın 1-dən biz şagirdləri imtahana hazırlamaq üçün kurslara başlayacağıq.
Milli Təhsil Nazirliyi olaraq hər cür dəstəyi verəcəyik” deyib.

Mission News Theme by Compete Themes.