Son yeniləmə: 25 Fevral 2023 11:11
BAYRAQDAR MEDİA – İsveçrənin Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə və Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanların əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir səfirliyin dəstəyi ilə keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Tədbir bir dəqiqəlik sükutla başlayıb: “Açılış hissədə çıxış edən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras həm Azərbaycan, həm də Türkiyənin yeni tarixində üzləşdikləri faciə, fəlakət və itkilərdən danışıb. O, ən çətin anlarda dövlətlərimizin və insanlarımızın bir birinin yanında və biri birinə dəstək olmalarının vacibliyini vurğulayıb”.
Sonra çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Birinci Qarabağ Müharibəsi veteranı olaraq o illərin dəhşətlərindən və acı həqiqətlərindən danışıb: “O, Xocalı qurbanlarını dərin hüzn hissi ilə yad edib, Türkiyədə baş vermiş son zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanlara rəhmət diləyib. F.İsgəndərov qeyd edib ki, tarix kitabımızın acı dolu səhifələri ilə yanaşı qürur hissi verən və zəfərlə yazılmış hissələri dövlətlərimizin və insanlarımızın nə dərəcədə güclü iradə və sadiqliyə malik olduğunu nümayiş etdirir”.
Tədbirin sonunda dünyalarını dəyişmiş insanların ruhuna dualar oxunub.