BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ mediaya da təsirsiz ötüşməyib. Elə Türkiyənin Basın İlan Kurumu Genel Kurulunun 31-ci dövrünün 6-cı toplantısında da bu məsələ əsas müzakirə mövzusu olub.
2eylul.com.tr saytının məlumatına görə, qurumun İstanbuldakı mərkəzi ofisində keçirlən toplantının ikinci günü zəlzələ bölgəsindəki qəzetlərə maliyyə dəstəyi verilməsi, qəzetlərə qanunvericiliyin bəzi müddəaları ilə bağlı müvəqqəti güzəştlərin edilməsi, jurnalistlərə borc veriləcək pul məbləğinin artırılması ilə bağlı qərarlar qəbul edilib.
Qərara əsasən, zəlzələ bölgəsindəki 10 vilayətdə nəşr olunan qəzetlər 1 yanvar 2024-cü ilə qədər Resmi İlan ve Reklam Yönetmeliğinin minimum faktiki satış şərtləri ilə bağlı tələblərindən azad ediləcək.
Bu qəzetlərin internet xəbər saytlarının rəsmi elanların dərc edilməsi tələbi üçün 31 mart 2023-cü ilə qədər olan müraciət müddəti 30 iyun 2023-cü il tarixinə qədər uzadılıb və minimum trafik şərtlərini yerinə yetirmələri üçün əvvəllər müəyyən dilən 30 sentyabr 2023-cü il tarixi isə 2024-cü il yanvarın 1-dək uzadılıb.
Həmçinin, zəlzələ bölgəsində çalışan mətbuat işçiləri borc alacaqları pulun qaytarılmasını 6 aya qədər gecikdirə biləcəklər.
Dövri nəşrlərə veriləcək kreditlər üçün 2023-cü ildə yüzdə 14,30 faiz tətbiq olunacaq.
Zəlzələ bölgəsində çalışan mətbuat işçiləri alacaqları pulun qaytarılmasını 6 aya qədər gecikdirə biləcəklər. Dövri nəşrlərə veriləcək kreditlər üçün 2023-cü ildə yüzdə 14,30 faiz tətbiq olunacaq.