Onlar “Mətbuat konteynerləri”ndə fəaliyyət göstərəcək
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ mediaya da təsirsiz ötüşməyib.
Öz növbəsində Basın İlan Kurumunun genel başqanı Cavit Erkılınç zəlzələdən 130 qəzet müəssisənin və 654 qəzet əməkdaşının zərər çəkdiyini bildirib.
C.Erkılınç dünyasını dəyişən mətbuat işçilərinə rəhmət diləyib.
2eylul.com.tr saytının məlumatına görə, o, bölgədə 69 qəzetin binasına ziyan dəydiyini bildirib.
Vurğulanıb ki, zəlzələdən zərər görmüş bu redaksiyalar üçün AFAD-ın koordinasiyası ilə bütün lazımi avadanlıqlarla təmin edilmiş “Mətbuat konteynerləri” yaradılacaq: “Beləliklə, jurnalistika fəaliyyətinin fasiləsiz davam etdirilməsini təmin etməyə çalışırıq”.
O, həmçinin, “Mətbuat birlikləri və azlıq qəzetlərinə veriləcək 800 min türk lirəsinin zəlzələ bölgəsindəki 10 vilayətdə nəşr olunan qəzetlərə dəyən ziyana görə İdarə Heyəti tərəfindən müəyyən edilərək paylanması qərara alınıb. Rəsmi elanları dərc etmək hüququ olan və ya gözləmə müddətində olan qəzetlər də yardımdan yararlana biləcəklər. Qəzetlər yardımdan yararlanmaq üçün 31 Mart 2023-cü ilə qədər müraciət edə biləcəklər. Qəzetlərin inzibati bürolarının zərər vəziyyətinə görə təyin olunacaq məbləğlərə görə yardımlar ediləcək” deyib.